Səudiyyə Ərəbistanı Pro Liqası mövsümünün 17-ci turunun “Damak” və “Əl-Nəsr” komandaları arasında keçirilən oyun başa çatıb.
İdman.Biz xəbər verir ki, komandalar “Şahzadə Sultan bin Əbdüləziz” stadionunda (Əbha) qarşılaşıblar. “Əl-Nəsr” 2:1 hesablı qələbə qazanıb.
Oyunda hesabı Əbdülrəhman Qərib açıb. Qonaq komandanın hücumçusu oyunun beşinci dəqiqədə qol vurub. İkinci hissədə Kriştianu Ronaldu 50-ci dəqiqədə “Əl-Nəsr”in üstünlüyünü artırıb. 68-ci dəqiqədə ev sahibi komandanın müdafiəçisi Camal Harkass komandasının cavab qolunu vurub.
Ronaldu bu matçda karyerasının 960-cı qoluna imza atıb.
