“Barselona” “Rasinq”i məğlub edərək Kral Kubokunun 1/4 finalına yüksəlib - VİDEO

Xəbərlər
16 Yanvar 2026 02:36
38
“Barselona” “Rasinq”i məğlub edərək Kral Kubokunun 1/4 finalına yüksəlib - VİDEO

Kral Kubokunda “Rasinq” və “Barselona” arasında keçirilən 1/8 final matçı başa çatıb.

İdman.Biz bildirir ki, Santanderdəki “Campos de Sport de El Sardinero” stadionunda baş tutan matç qonaq komandanın 2:0 hesablı qələbəsi ilə bitib.

“Barselona”nın hücumçusu Ferran Torres matçın ilk qolunu 66-cı dəqiqədə vurub. 90+5-ci dəqiqədə Lamin Yamal ikinci qolu vuraraq yekun hesabı müəyyən edib.

Kral Kubokunun digər 1/8 final matçında “Valensiya” “Burqos”u məğlub edib - 2:0.

İdman.Biz