A Seriyası: “Bolonya” “Verona”nı məğlub edib

Xəbərlər
15 Yanvar 2026 23:53
37
A Seriyası: “Bolonya” “Verona”nı məğlub edib

İtaliya çempionatının 16-cı turunun təxirə salınmış oyununda “Bolonya” səfərdə “Verona”nı 3:2 hesabı ilə məğlub edib.

İdman.Biz bildirir ki, meydan sahibləri hesabı 13-cü dəqiqədə Gift Orbanın qolu sayəsində açıblar. Qonaqlar daha sonra Rikardo Orsolini, Yens Odgaard və Santyaqo Kastronun qolları ilə ardıcıl üç qol vurublar. 72-ci dəqiqədə “qırmızı-göylər”in yarımmüdafiəçisi Remo Freuler öz qapısına qol vurub.

“Bolonya” İtaliya çempionatında yeddi oyunluq qələbəsizlik seriyasına son qoyub. Komanda 30 xalla A Seriyasında səkkizinci yerə yüksəlib. “Verona” 13 xalla turnir cədvəlinin sonuncu pilləsindədir.

“Bolonya” 18 yanvarda “Fiorentina” ilə, “Verona” isə ertəsi gün “Kremoneze” ilə qarşılaşacaq.

İdman.Biz