“Real Madrid”də Güler və Mastantuononun oyunundan narazıdırlar

Xəbərlər
16 Yanvar 2026 06:15
36
“Real Madrid”də Güler və Mastantuononun oyunundan narazıdırlar

“Real Madrid”də Arda Güler və Franko Mastantuononun oyunundan narazıdırlar.

İdman.Biz AS-a istinadən xəbər verir ki, klubda hər iki oyunçunu yaxından izləyir və onların gözlənildiyi kimi inkişaf etmədiyinə düşünürlər.

Komandada türk yarımmüdafiəçi üçün seçilən rolun ona uyğun olmadığını fikirləşirlər. Nəşr qeyd edir ki, “O, növbəti Luka Modriç olmaq üçün lazım olan oyun səviyyəsinə yaxınlaşmayıb”.

Bəzi müsbət əlamətlərə baxmayaraq, Gülerin həlledici anlarda oyun səviyyəsi narahatlıq doğurur.

Lakin “Real Madrid” Mastantuononun oyunundan daha çox narahatdır. Franko əsas heyətdə oynamaq üçün müqavilə imzalayıb, lakin məşqçilər heyəti bir sıra zəif oyunlardan sonra ona olan inamını itirib.

Hər iki oyunçunun komandadakı yerinin hazırda təhlükə altında olduğu vurğulanır.

İdman.Biz