Vinisius Junior hazırda “Real Madrid”dən ayrılmaq niyyətində deyil - Romano

Xəbərlər
7 Yanvar 2026 21:08
59
Vinisius Junior hazırda “Real Madrid”dən ayrılmaq niyyətində deyil - Romano

“Real Madrid”in cinah oyunçusu Vinisius Junior transferlə bağlı “Çelsi” ilə əlaqə saxlamır.

İdman.Biz bu barədə jurnalist və insayder Fabrizio Romanoya istinadən bildirir.

Mənbənin sözlərinə görə, braziliyalı futbolçunun nümayəndələri ilə London klubu arasında heç bir danışıqlar və ya əməkdaşlıq üçün addımlar atılmayıb və şayiələr doğru deyil. Vinisius hazırkı klubundakı çıxışına diqqət yetirir və müqaviləsinin şərtləri daha sonra müzakirə olunacaq.

Vinisius Junior 2017-ci ilin yayından “Real Madrid”də çıxış edir. Cinah oyunçusu bu mövsüm klubun heyətində 25 oyunda meydana çıxıb, beş qol vurub və səkkiz məhsuldar ötürmə edib.

İdman.Biz