“Arsenal”ın baş məşqçisi Mikel Arteta komandasının Premyer Liqanın 19-cu turunda “Aston Villa” ilə qarşılaşmasından əvvəl danışıb.
İdman.Biz bildirir ki, oyun dekabrın 30-da Londonda keçiriləcək.
“Bizi həqiqətən çətin bir oyun gözləyir. Onların səviyyəsini bilirik. Onlar bu yeri qazanıblar. Nə etdiklərinə, nə qədər ardıcıl çıxış etdiklərinə və Unay Emerinin klubla nələrə nail olduğuna baxın. Düşünürəm ki, onlar bu tərifə layiqdirlər. Görüntüləri nəzərdən keçirəcəyik. Nələri yaxşılaşdırmalı olduğumuz barədə bəzi fikirlərim və şərhlərim var. Məğlubiyyət olduqca qəddar idi, amma bundan dərs çıxaracağıq. Əgər bu motivasiyadan və bu qəzəbdən düzgün şəkildə istifadə etsək, onda hər şey mütləq yoluna düşəcək”, - Arteta klubun rəsmi saytında bildirib.
Bu mövsüm İngiltərə Premyer Liqasında oynanılan 18 oyundan sonra Londonun “Arsenal” komandası 42 xalla turnir cədvəlinə başçılıq edir. İlk 3-lükdə həmçinin “Mançester Siti” (40 xal) və “Aston Villa” (39 xal) da yer alır.
