İtaliyalı mütəxəssis Pelleqrino Matarasso İspaniya La Liqasının “Real Sosyedad” klubunun baş məşqçisi təyin edilib.
İdman.Biz bildirir ki, klubun mətbuat xidməti bu barədə sosial mediada məlumat yayıb.
Daha əvvəl Matarasso yalnız Almaniyada çalışıb. Onun tərcümeyi-halında “Nürnberq”, “Hoffenhaym” və “Ştutqart” kimi klublar yer alıb.
“Real Sosyedad” İspaniyanın yüksək liqasında 17 xalla 16-cı yerdədir. Komandanın dörd qələbəsi, beş heç-heçəsi və səkkiz məğlubiyyəti var, 21 qol vurub və 25 qol buraxıb. Klubu əvvəllər Serxio Fransisko çalışdırıb.
