“İnter Mayami” Luis Suareslə müqaviləni uzadıb

Xəbərlər
18 Dekabr 2025 05:11
49
“İnter Mayami” Luis Suareslə müqaviləni uzadıb

“İnter Mayami” hücumçu Luis Suaresin müqaviləsini uzadıb.

İdman.Biz bildirir ki, 38 yaşlı uruqvaylı futbolçunun müqaviləsi 2026-cı il mövsümünün sonuna qədərdir.

“Suares tarixi 2025-ci il mövsümünü başa vurduqdan sonra yeni müqavilə imzalayıb, bu, klubla ikinci mövsümüdür. Hücumçunun geniş təcrübəsi və liderliyi “İnter Mayami”nin üçüncü və dördüncü titullarında - Şərq Konfransı Çempionatında və MLS Kubokunda həlledici rol oynayıb”, - klubun rəsmi saytında bildirilib.

Hücumçu 2024-cü ildə “Qremio”dan “İnter Mayami”yə 4 milyon avroya keçib. Ötən mövsüm Şimali Amerika klubunda 32 MLS oyununda iştirak edib, 10 qol vurub və 10 məhsuldar ötürmə edib. O, həmçinin klubla MLS Çempionatını qazanıb.

Suares Uruqvay millisinin tarixində ən çox qol vuran oyunçu, Amerika Kubokunun qalibi, İspaniya çempionu və İspaniya Kubokunun qalibi, “Barselona” ilə Çempionlar Liqasının qalibi, Uruqvay və Niderland çempionudur.

İdman.Biz