Duşan Vlahoviç bir neçə aylıq sıradan çıxıb

Xəbərlər
2 Dekabr 2025 09:07
150
Duşan Vlahoviç bir neçə aylıq sıradan çıxıb

“Yuventus”"un hücumçusu Duşan Vlahoviç zədə səbəbindən xeyli müddət oynaya bilməyəcək.

İdman.Biz bildirir ki, İtaliya klubu serbiyalı oyunçunun zədəsini rəsmi olaraq açıqlayıb.

Turin komandasının məlumatına görə, oyunçu sol ayağında uzun əzələnin əzələ-vətər birləşməsində ciddi bir cırılma alıb. Bu tip zədə adətən uzun bir sağalma tələb edir.

Oyunçu zədəni A Seriyasının 13-cü turunda “Yuventus”un “Kalyari” ilə oyununda alıb. Turinlilərin 2:1 hesablı qələbəsi ilə başa çatan oyunda hücumçu 31-ci dəqiqədə əvəzlənməli olub.

Bu tip zədənin sağalma müddəti üç aydan beş aya qədərdir. Qarşıdakı tibbi müayinələr Dusan Vlahoviçin sonrakı müalicə planını, o cümlədən mümkün konservativ yanaşma və ya əməliyyata ehtiyac barədə qərarı müəyyən etməlidir.

Serb futbolçunun meydana qayıtması üçün son tarix bu müayinələrin nəticələrindən və sağalma prosesinin gedişatından asılı olacaq.

İdman.Biz