İngiltərənin üçüncü futbol divizionunda çıxış edən “Stockport County” klubunun qapıçısı mövsümün ən qəribə epizodlarından birinə imza atıb.
İdman.Biz xəbər verir ki, "Rotherham"la qarşılaşma zamanı topu mümkün qədər tez oyuna qaytarmaq istəyən qolkiper zərbəni öz cərimə meydançasında edib. Lakin onun güclü vurduğu top birbaşa komanda yoldaşı olan müdafiəçiyə dəyərək istiqamətini dəyişib və qapıya daxil olub.
Nəticədə tribunada və sosial şəbəkələrdə böyük rezonans doğuran, azarkeşlərin isə “ilin ən gülməli avtoqolu” adlandırdığı epizod ortaya çıxıb. Bu uğursuzluq “Stockport County”nin oyundakı vəziyyətini xeyli çətinləşdirsə də, komanda 3:2 hesab ilə qələbə qazanıb.
Oyun zamanı ən gülməli hal isə o olub ki, qarşılaşmada üç avtoqol qeydə alınıb. Bu "uğura" "Rotherham"ın iki, “Stockport County”nin isə bir oyunçusu imza atıb.
