Messi və Ronaldo maraqlı deyil, Hemlin bir nömrədir

Xəbərlər
14 Dekabr 2023 17:07
269
Messi və Ronaldo maraqlı deyil, Hemlin bir nömrədir

2023-cü ildə “Google”da ən çox axtarılan idmançıların adları açıqlanıb.

İdman.biz xəbər verir ki, axtarış sistemində amerika futbolu üzrə “Baffalo Bills”un üzvü Damar Hemlin birinci yerdədir.

Onu Fransa PSJ-sinin hücumçusu Kilian Mbappe izləyir. Amerika futbolu üzrə “Kanzas-Siti Çifs” klubunun oyunçusu Trevis Kelsi isə “üçlüy”ü qapayır.

“Memfis”in basketbolçusu Ca Morant dördüncü, “Bavariya”nın futbolçusu Harri Keyn beşinci yerdədir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunun hücumçusu Krişitano Ronaldo və ABŞ-ın “İnter Mayami”sində forma geyinən Lionel Messi ən çox axtarılanlar arasında yoxdur.

İdman.biz