Fransa Futbol Federasiyası Zidanın millinin məşqçisi təyinatı ilə bağlı şərh verib

Xəbərlər
22 Noyabr 2025 22:21
16
Fransa Futbol Federasiyası Zidanın millinin məşqçisi təyinatı ilə bağlı şərh verib

Fransa Futbol Federasiyasının (FFF) prezidenti Filip Diallo Zinəddin Zidanın milli komandanın məşqçisi təyinatı ilə bağlı şərh verib.

İdman.Biz bildirir ki, Zidan Fransa millisinin baş məşqçisi vəzifəsinə əsas namizəd olaraq qalır.

“Çox şey baş verə bilər və insanların gözlədiyi kimi olmaz. Artıq demişəm ki, həm Fransa futbolu üçün etdiyi işlərə, həm də "Real Madrid"in məşqçisi kimi kubok qazandıran işlərinə görə Zidana böyük heyranlıq və hörmət bəsləyirəm. Amma hər şeyin öz vaxtı var. Hazırda Dünya Kubokuna hazırlaşırıq”, - deyə Diallo bildirib.

53 yaşlı məşqçinin son iş yeri 2016-cı ildən 2018-ci və 2019-cu ildən 2021-ci ilə qədər “Real Madrid”də olub.

İdman.Biz