Səudiyyə Ərəbistanı Pro-Liqasının doqquzuncu turu “Əl-İttihad” və “Ər-Riyad” komandaları arasında keçirilən oyunla başa çatıb.
İdman.Biz xəbər verir ki, oyunda “Əl-İttihad”ın 2:1 hesabı ilə qalib gəlib.
Kərim Benzema 24-cü dəqiqədə hesabı açıb. “Ər-Riyad”ın müdafiəçisi Məhəmməd Əl-Xeybəri 42-ci dəqiqədə öz qapısına vurduğu qol ilə meydan sahiblərinin üstünlüyünü ikiqat artırıb. İkinci hissədə Mamadu Silla 77-ci dəqiqədə fərqi azaldıb.
Bu matçdan sonra “Əl-İttihad” liqa cədvəlində 14 xalla yeddinci yerdədir. “Ər-Riyad” səkkiz xalla 13-cü yerdədir.
