Din Heysen zədə səbəbindən Gürcüstanla oyuna çıxmayıb

Xəbərlər
16 Noyabr 2025 01:46
31
Din Heysen zədə səbəbindən Gürcüstanla oyuna çıxmayıb

“Real Madrid”in müdafiəçisi Din Heysen İspaniya millisinin DÇ-2026-nın seçmə mərhələsində Gürcüstanla oyununda heyətə daxil edilməyib.

İdman.Biz bildirir ki, bu oyunda onun komandası Gürcüstanı 4:0 hesabı ilə məğlub edib. “The Athletic”in məlumatına görə, onun oynamamasının səbəbi qasıq nahiyəsindəki zədədir.

Məlumata əsasən, Heysen cümə günü məşq zamanı narahatlıq hiss edib. Onun heyətdən çıxarılması ehtiyat tədbiri kimi edilib. Müdafiəçinin əlavə müayinədən keçəcəyi bildirilir.

Daha əvvəl “Real Madrid”in argentinalı cinah oyunçusu Franko Mastantuono qasıq nahiyəsindəki zədə səbəbindən meydana çıxa bilməyib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İdman.Biz