“Barselona”nın keçmiş idman direktoru və idarə heyətinin üzvü Xavyer Bordas hücumçu Neymarın PSJ-yə keçdikdən sonra Kataloniya klubuna qayıtmaq istədiyini açıqlayıb.
İdman.Biz bildirir ki, braziliyalı 2017-ci ildə Kataloniya klubundan PSJ-yə keçib.
“Məni ən çox təsirləndirən şey Neymarın “Barselona”dan ayrıldıqdan dərhal sonra geri qayıtmaq istəməsi idi. O, dərhal bu transferdən peşman olmuşdu”, - Bordas deyib.
Braziliyalı hücumçu 2013-cü ildən 2017-ci ilə qədər “Barselona”da oynayıb. Bu müddət ərzində o, bütün turnirlərdə 186 oyun keçirib, 105 qol vurub və 76 məhsuldar ötürmə edib.
