UEFA Çempionlar Liqasının dördüncü turunda "Qarabağ" - "Çelsi" oyununun ən yaxşı oyunçusu londonluların hücumçusu Estevao seçilib.
İdman.Biz bildirir ki, qarşılaşma 2:2 hesabı ilə bitib.
Futbolçu bütün 90 dəqiqəni meydanda keçirərək, təsirli fiziki və texniki göstəricilər nümayiş etdirib. Estevao 1 qol vurub, 9,5 km qaçıb və maksimal sürətini 33 km/saat-a çatdırıb.
