Joze Mourinyo “Bayer”lə oyun barədə: “Qalib gəlsək, pley-offa vəsiqə uğrunda mübarizə aparacağıq”

Xəbərlər
5 Noyabr 2025 22:37
25
Joze Mourinyo “Bayer”lə oyun barədə: “Qalib gəlsək, pley-offa vəsiqə uğrunda mübarizə aparacağıq”

“Benfika”nın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının 4-cü turunda “Bayer Leverkuzen”lə oyunla bağlı gözləntilərini bölüşüb.

İdman.Biz bildirir ki, qarşılaşma bu gün Lissabonda keçiriləcək.

“Bu oyun çox vacibdir. Qalib gəlsək, pley-offa vəsiqə uğrunda mübarizə aparacağıq. Məğlub olsaq, bir az daha çətin olacaq. İstəklə, amma qorxmadan oynamalıyıq. “Bayer” mövsümə çətin başlayıb; məşqçilərini dəyişdilər və öz ritmlərini tapdılar. Bundesliqada “Bavariya”ya məğlubiyyətlərinin əhəmiyyəti yoxdur. Qarşılarındakı Avropanın ən yaxşı komandalarından biri olan “Bavariya” idi. Xala ehtiyacı olan təkcə biz deyilik, həm də “Bayer”dir”, - Mourinyo bildirib.

Bu oyunadək “qartallar” Çempionlar Liqasının bu turnirində xal toplaya bilməyiblər. “Bayer” komandası da iki xalla sonuncu yerlərdədir.

İdman.Biz