“Monako” Çempionlar Liqasında “Bodö-Qlimt”ə qalib gəlib - VİDEO

Xəbərlər
5 Noyabr 2025 02:39
37
“Monako” Çempionlar Liqasında “Bodö-Qlimt”ə qalib gəlib - VİDEO

UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 4-cü turunda Norveçin “Bodö-Qlimt” klubu “Monako”nu qəbul edib.

İdman.Biz bildirir ki, qarşılaşma “Monako”nun xeyrinə başa çatıb – 1:0.

Folarin Baloqun 43-cü dəqiqədə oyundakı yeganə qolu vurub.

Bu oyundan sonra “Monako” beş xalla Çempionlar Liqası turnir cədvəlinin ortasında, “Bodö-Qlimt” isə iki xalla sonlarında yerdə qərarlaşıb.

Növbəti turda Norveç komandası 25 noyabrda “Yuventus”u qəbul edəcək, “Monako” isə 26 noyabrda səfərdə “Pafos”la qarşılaşacaq.

İdman.Biz