“Liverpul”un hansı futbolçularının “Real Madrid”ə qarşı oyunu buraxacağı açıqlanıb - VİDEO

Xəbərlər
3 Noyabr 2025 21:55
111
“Liverpul”un hansı futbolçularının “Real Madrid”ə qarşı oyunu buraxacağı açıqlanıb - VİDEO

“Liverpul”un baş məşqçisi Arne Slot qapıçı Alisson Becker, müdafiəçi Ceremi Frimponq və hücumçu Aleksander İsakın UEFA Çempionlar Liqasının 4-cü turunda “Real Madrid” ilə oyunu buraxacağını açıqlayıb.

İdman.Biz bildirir ki, oyun sabah İngiltərədə keçiriləcək.

“Hər üçü sabah oynaya bilməyəcək. Ceremi və Alisson bazar günü (“Mançester Siti” ilə) oynaya bilməyəcəklər.
Alekslə bağlı gözləməli və baxmalıyıq. O, bazar günü start heyətində mütləq olmayacaq, amma heyətə daxil edilə bilər. O, hələ komanda ilə məşq etmir”, - Sky Sports Slotdan sitat gətirir.

İdman.Biz