Luis Enrike “Bavariya” ilə oyun öncəsi: “Sabah qalib gəlmək vacibdir”

Xəbərlər
3 Noyabr 2025 20:15
41
Luis Enrike “Bavariya” ilə oyun öncəsi: “Sabah qalib gəlmək vacibdir”

PSJ-nin baş məşqçisi Luis Enrike komandasının Çempionlar Liqasının 4-cü turunda “Bavariya” ilə qarşılaşması barədə danışıb.

İdman.Biz bildirir ki, oyun noyabrın 4-də “Park de Prens” stadionunda keçiriləcək.

“Park de Prens” stadionunda atmosfer və azarkeşlərimiz sayəsində onların təzyiqini dəf edə biləcəyimizə əminik və düşünürəm ki, bu matç yayda Klublararası dünya çempionatında onlara qarşı oynadığımız matça bənzəyəcək. Əlbəttə ki, eyni dərəcədə gərgin olacaq. Bu mənada hər iki komanda üçün çox maraqlı olacaq. Hazırda “Bavariya”nın çox güclü olduğu aydındır. Onlar ardıcıl 15 oyunda udublar ki, bu da sadəcə inanılmazdır.

Sabah təkcə üç xal üçün deyil, həm də Çempionlar Liqasında ən çətin püşkatmamız olduğu üçün qalib gəlməyimiz vacibdir. Buna görə də, evdə oynadığımız zaman azarkeşlərimizin yaratdığı atmosferdən istifadə edərək matçı qazanmağa çalışmaq zəruridir”, - deyə Enrike klubun rəsmi saytında bildirib.

Oynanılan üç oyundan sonra PSJ və “Bavariya”nın hər birinin doqquz xalı var və turnir cədvəlinə başçılıq edirlər.

İdman.Biz