“Əl-Hilal” Pro Liqanın 6-cı turunun oyununda “Əl-İttihad”ı məğlub edib

Xəbərlər
25 Oktyabr 2025 00:50
46
“Əl-Hilal” Pro Liqanın 6-cı turunun oyununda “Əl-İttihad”ı məğlub edib

Səudiyyə Ərəbistanı çempionatının 6-cı turunun “Əl-İttihad” (Ciddə) və “Əl-Hilal” (Ər-Riyad) komandaları arasında oyunu başa çatıb.

İdman.Biz xəbər verir ki, oyun “King Abdullah Sports City” stadionunda (Ciddə, Səudiyyə Ərəbistanı) baş tutub. Oyun qonaqların (Əl-Hilal) 2-0 hesablı qələbəsi ilə başa çatıb.

Bu matçın ilk qolu avtoqol nəticəsində vurulub. Ev sahibi olan komandanın yarımmüdafiəçisi Mahamadu Dumbiya 41-ci dəqiqədə öz qapısına qol vurub. 57-ci dəqiqədə isə “Əl-Hilal”ın braziliyalı hücumçusu Markos Leonardo qonaqların üstünlüyünü ikiqat artırıb.

Bu oyundan sonra “Əl-İttihad” 10 xalla turnir cədvəlində səkkizinci yerdədir. “Əl-Hilal” 14 xalla üçüncü yerdə qərarlaşıb.

Kriştiano Ronaldonun “Əl-Nəsr" komandası 15 xalla Səudiyyə Ərəbistanı liqasına liderlik edir.

İdman.Biz