A Seriyasının 2025/2026 mövsümünün 7-ci turunun “Kremoneze” – “Udineze” matçına yekun vurulub.
İdman.Biz bildirir ki, komandalar “Stadio Giovanni Zini”də (Kremona) qarşılaşıblar.
Oyunda ilk qolu meydan sahiblərindən Filippo Terraççano vurub. Müdafiəçi dördüncü dəqiqədə fərqlənib. İkinci hissənin 51-ci dəqiqəsində hücumçu Nikolo Zaniolo hesabı bərabərləşdirib.
Matçdan sonra “Kremonese” 10 xalla A Seriyasının turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. “Udineze” 9 xalla 11-ci yerdədir.