“Mançester Siti”nin və Özbəkistan millisinin müdafiəçisi Abdukodir Xusanovun zədəsi gələn həftəyə kimi sağala bilər.
İdman.Biz bildirir ki, bu barədə jurnalist Davron Fayziev "Telegram" kanalında yazıb.
“Şəhərlilər”in müdafiəçisinin daha əvvəl İngiltərə Premyer Liqasının 8-ci turunda “Everton”la oyunadək (2:0) geri dönəcəyi gözlənilirdi.
O, Premyer Liqanın 5-ci turunda “Arsenal”la oyunda (2:0) zədələnib. 21 yaşlı müdafiəçi mövsümün əvvəlində 5 matçda meydana çıxıb.
Özbəkistan millisinin müdafiəçisi 2025-ci ilin yanvarından “Mançester Siti”də çıxış edir. Abdukodir İngiltərə klubunun heyətində 15 oyuna çıxıb, 1 qol vurub.