“Barselona” son dəqiqə qolu ilə qələbə qazanıb - VİDEO

Xəbərlər
18 Oktyabr 2025 20:23
54
“Barselona” son dəqiqə qolu ilə qələbə qazanıb - VİDEO

İspaniya çempionatının 9-cu turunda “Jirona” “Barselona”nın qonağı olub.

İdman.Biz bildirir ki, qarşılaşma "Barselona"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İlk hissədə Pedri (13) fərqlənib, daha sonra qonaqlar Aksel Vitselin (20) zərbəsi ilə hesabı bərabərləşdirib.

Həlledici qol 82-ci dəqiqədə Ronald Arauxodan gəlib: 90+3-cü dəqiqədə Frenki de Yonqun ötürməsini uruqvaylı qola çevirərək “Barselona”ya qələbə qazandırdı.

“Barselona”nın aktivində 22 xal var və turnir cədvəlində birinci pilləyə yüksəlib. “Real Madrid” (21) ikincidir, lakin bir oyun az keçirib. “Jirona”nın 6 xalı var və 18-ci yerdədir.

İdman.Biz