FIFA DÇ-2026-ya satılan biletlərin sayını açıqlayıb

Xəbərlər
16 Oktyabr 2025 21:56
39
FIFA DÇ-2026-ya satılan biletlərin sayını açıqlayıb

2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə dünya çempionatının oyunları üçün bir milyondan çox bilet satılıb. Turnirdə 212 ölkə və ərazidən azarkeşlər iştirak edəcək.

İdman.Biz bildirir ki, bu barədə Beynəlxalq Futbol Federasiyası (FIFA) özünün X sosial media hesabında məlumat yayıb.

Dünya çempionatı Şimali Amerikada iyunun 11-dən iyulun 19-dək keçiriləcək. Yarışda hər biri dörd komanda olmaqla 12 qrupa bölünən 48 milli komanda iştirak edəcək. İlk iki yeri tutan komanda, üçüncü yeri tutan səkkiz ən yaxşı komanda ilə birlikdə pley-off mərhələsinə yüksələcək. Bundan əlavə, 2026-cı il dünya çempionatına yeni mərhələ - 1/16 final əlavə olunacaq.

İdman.Biz