Norveçin 9 oyunluq qələbə seriyasına son qoyulub

Xəbərlər
14 Oktyabr 2025 23:57
35
Norveçin 9 oyunluq qələbə seriyasına son qoyulub

Norveç milli futbol komandası Yeni Zelandiya ilə yoldaşlıq görüşündə qalib gələ bilməyib.

İdman.Biz-in məlumatına görə, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Norveçin yeganə qolunu “RB Leypsiq”dən Antonio Nussa vurub.

“Mançester Siti”nin ulduz hücumçusu Erlinq Haland matçda iştirak etməyib.

Bu, Norveçin Millətlər Liqasında Avstriyaya 5:1 hesabı ilə uduzduğu 2024-cü ilin oktyabrından bəri ilk dəfə qələbə qazana bilməməsidir. Həmin məğlubiyyətdən sonra Norveç 2026-cı il Dünya Çempionatının seçmə mərhələsində altı oyun da daxil olmaqla ardıcıl doqquz matçda qalib gəlib.

İdman.Biz