Braziliya DÇ-2026-dan əvvəl Ançelotti ilə müqaviləni uzatmaq niyyətindədir

Xəbərlər
11 Oktyabr 2025 08:05
38
Braziliya DÇ-2026-dan əvvəl Ançelotti ilə müqaviləni uzatmaq niyyətindədir

Braziliya Futbol Konfederasiyası baş məşqçi Karlo Ançelotti ilə müqaviləni 2026-cı il dünya çempionatına qədər uzatmağı planlaşdırır.

İdman.Biz-in “Globo Esport”a istinadən verdiyi məlumata görə, italiyalı çalışdırıcı da milli ilə əməkdaşlığı davam etdirməkdə maraqlıdır.

Mənbənin sözlərinə görə, rəsmi danışıqlar hələ başlamayıb, lakin tərəflər yaxın aylarda yeni sazişin şərtlərini müzakirə etmək niyyətindədirlər.

Ançelotti 2025-ci ilin mayından etibarən Braziliya millisinə başçılıq edir. Onun rəhbərliyi altında komanda beş oyun keçirib, üç qələbə qazanıb, bir heç-heçə edib, birində isə uduzub.

İdman.Biz