İspaniya Superkubokunun oyunları yenə bu ölkədə olacaq

Xəbərlər
8 Oktyabr 2025 03:14
30
İspaniya Superkubokunun oyunları yenə bu ölkədə olacaq

İspaniya Superkubokunun yarımfinal mərhələsinin təqvimi və oyun cədvəli açıqlanıb.

İdman.biz bildirir ki, qarşılaşmalar növbəti dəfə Səudiyyə Ərəbistanında, Ciddədə keçiriləcək.

Belə ki, “Barselona” – “Atletik Bilbao” yarımfinalı 7 yanvar 2026-cı il tarixində, “Atletiko Madrid” – “Real Madrid” matçı isə ertəsi gün, yanvarın 8-də olacaq. Hər iki oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Turnirin finalı bazar günü, yanvarın 11-də baş tutacaq və hər iki yarımfinal kimi, saat 22:00-da başlayacaq. Hər üç qarşılaşma “Alinma” stadionunda keçiriləcək.

Superkubokun ötənilki sahibi “Barselona”dır. Ciddə artıq üçüncü dəfədir ki, İspaniya Superkuboku oyunlarına ev sahibliyi edir.

İdman.biz