Slot ilk dəfə olaraq baş məşqçi kimi üç oyunda məğlub olub

Xəbərlər
5 Oktyabr 2025 07:25
82
Slot ilk dəfə olaraq baş məşqçi kimi üç oyunda məğlub olub

“Liverpul”un çalışdırıcısı Arne Slot məşqçilik karyerasının ən pis dövrünü yaşayır.

İdman.biz bildirir ki, niderlandlı mütəxəssisin rəhbərlik etdiyi “Liverpul”" Premyer Liqanın 7-ci turunda səfərdə “Çelsi”yə 2:1 hesabı ilə uduzub.

Buna qədər mersisaydlılar Premyer Liqada “Kristal Pelas”a 2:1, Çempionlar Liqasında isə “Qalatasaray”a 1:0 hesabı ilə uduzmuşdu.

Arne Slot məşqçilik karyerasında ilk dəfə bütün yarışlarda ardıcıl üç matçda məğlub duruma düşüb. O, “Liverpul”a qədər “AZ Alkmaar” və “Feyenoord” klublarını da çalışdırıb.

İdman.Biz