UEFA Çempionlar Liqasının II turunun “Monako” – “Mançester Siti” matçına başa çatıb.
İdman.biz bildirir ki, komandalar 2-2 hesablı heç-heçə edib.
15-ci dəqiqədə Erlinq Haland hesabı açaraq “Siti”ni önə keçirib. 18-ci dəqiqədə Cordan Teze hesabı bərabərləşdirib. 44-cü dəqiqədə Haland dubl edib – 2:1. Erik Dayer 90-cı dəqiqədə penaltini dəqiq yerinə yetirərək yenidən bərabərliyi bərpa edib.
Bu oyundan sonra “Monako” bir xalla Çempionlar Liqasının sonuncu yerlərinin birindədir. “Mançester Siti” isə dörd xalla cədvəlin yuxarı hissəsindədir.
Növbəti turda “Monako” oktyabrın 22-də “Tottenhem”i, “Mançester Siti” isə oktyabrın 21-də səfərdə “Vilyarreal”ı qəbul edəcək.