Qrizmannın 200-cü qolu “Qarabağ”ın daha bir rəqibinin darmadağınına səbəb olub - VİDEO

Xəbərlər
1 Oktyabr 2025 01:56
27
Qrizmannın 200-cü qolu “Qarabağ”ın daha bir rəqibinin darmadağınına səbəb olub - VİDEO

Çempionlar Liqasının 2-ci turunda “Atletiko Madrid” “Ayntraxt Frankfurt”u məğlub edib.

İdman.biz bildirir ki, “Sivitas Metropolitano” stadionunda keçirilən görüş 5:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Oyunda qolları meydan sahiblərindən Cakomo Raspadori (4), Robin Le Norman (33), Antuan Qrizmann (45+1), Culiano Simeone (70) və Julian Alvares (82, penalti) vurublar. “Ayntraxt”ın heyətində Conatan Burkhardt (57) fərqlənib.

Antuan Qrizmann bu görüşdə “Atletiko Madrid”də 200-cü qoluna imza atıb.

Dieqo Simeonenin komandası Çempionlar Liqasında mövsümün ilk qələbəsini qazanıb, Dino Toppmöllerin “Ayntraxt”ı isə ilk məğlubiyyətini alıb. Hər iki komandanın üç xalı var.

Çempionlar Liqasının növbəti mərhələsində “Atletiko” oktyabrın 21-də “Arsenal”ı səfərdə, ertəsi gün isə “Ayntraxt” “Liverpul”u qəbul edəcək.

Bu mövsüm Çempionlar Liqasının finalı Budapeştdəki “Puşkas Arena”da keçiriləcək. Turnirin həlledici qarşılaşması 2026-cı il mayın 30-da baş tutacaq.

İdman.biz