A Seryası: “Latsio”dan səfərdə böyükhesablı qələbə

Xəbərlər
30 Sentyabr 2025 00:52
28
A Seryası: “Latsio”dan səfərdə böyükhesablı qələbə

İtaliya A Seriyasının 5-ci turunda “Cenoa” “Latsio”nu qəbul edib.

İdman.biz bildirir ki, matç “Stadio Luici Ferraris”də baş tutub.

Matteo Kanselyeri dördüncü dəqiqədə qonaqları önə çıxarıb, 30-cu dəqiqədə Valentin Kastellanos dubl edib, 63-cü dəqiqədə isə Mattia Zakkani “Roma”nın üçüncü qolunu vurub.

Bu oyundan sonra “Cenoa” iki xalla İtaliyanın yüksək liqasında 19-cu, “Latsio” isə 6 xalla 12-ci pillədə qərarlaşıb.

A Seriyasının digər oyununda “Parma” “Torino”nu qonaq edib. Görüşdə hesabı 36-cı dəqiqədə Mateo Peleqrino açıb – 1:0. 50-ci dəqiqədə Siril Nqonj bərabərliyi saxlayıb. 72-ci dəqiqədə isə Peleqrino meydan sahiblərinin qələbə qolunu vurub – 2:1.

Bu oyundan sonra “Parma” 5 xalla 14-cü, “Torino” isə 4 xalla 15-ci yerdədir.

İdman.biz