FIFA qadınlar arasında keçiriləcək DÇ-2027 turnirində 1 milyard dollar gəlir əldə etməyi planlayıb.
İdman.biz xəbər verir ki, bu barədə qurumun prezidenti Canni İnfantino açıqlamasında deyib.
O, müsahibəsində qadın futbolunun inkişafı istiqamətdə mühüm addımlar atıldığını bildirib. İnfantino iki il sonra Braziliyada baş tutacaq mundialda əldə olunan gələrin böyük hissəsinin bu istiqamətə xərclənəcəyini vurğulayıb.
Qeyd edək ki, FIFA Avstraliya və Yeni Zelandiyanın evsahibliyi etdiyi DÇ-2023 turnirində 570 milyon dollar gəlir əldə etmişdi.
İdman.biz