Dadaş Dadaşbəyli: "Olimpiadaya lisenziyanı alacam, bir addımlığındayam"

Xəbərlər
20 Fevral 2024 22:23
346
Dadaş Dadaşbəyli: "Olimpiadaya lisenziyanı alacam, bir addımlığındayam"

"Avropa çempionatına hazırlıq daha ağır, daha çətin oldu. Hətta dizimdən aldığım zədə səbəbi ilə Türkiyədə keçirilən təlim-məşq toplanışından geri dönmüşdüm".

İdman.biz xəbər verir ki, bunu Bolqarıstanın paytaxtı Sofiyada Avropa çempionu tituluna yiyələnən Azırbaycan millisinin ağırlıqqaldıranı Dadaş Dadaşbəyli (109 kq) Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

Qələbəsini şərh edən atlet bildirib ki, qızıl medal qazanacağına inanmayıb: "Mübarizə zəif olduğuna görə yox, sona qədər yarışdığım üçün 3 qızıl medal qazandım. Bu, 109 kq-da axırıncı yarışım idi. Növbəti yarışda - Dünya kubokunda ağır çəkilərdə körpücük üzərinə çıxacam. Paris-2024 Yay Olimpiya Oyunlarına da ağır çəkidə gedəcəyəm. Son lisenziya yarışımız qalıb. Əminəm ki, vəsiqəni alacağam. Çox az qalıb, bir addımlığındayam. Onu ordan götürmək lazımdır".

Qeyd edək ki, Dadaşbəyli kişilər arasında ağırlıqqaldırma üzrə Avropa çempionatının qızıl medalını 12 ildən sonra ölkəmizə qazandıran ilk idmançı olub.

Emin Ağa
İdman.biz