Azərbaycan ağırlıqqaldıranı Tehran Məmmədov VI İslam Həmrəyliyi Oyunlarında çıxışını başa vurub.
İdman.Biz xəbər verir ki, təmsilçimiz yarışda medal qazana bilməyib.
Məmmədov birdən qaldırmada 128 kq, təkanla qaldırmada isə 150 kq nəticə göstərib. Ümumi hesabda idmançı 278 kq toplamla yekun sıralamada yer alıb.
Onun turnirdə son mövqeyi həmin çəki dərəcəsindəki digər idmançıların çıxışlarını tamamlamasından sonra müəyyənləşəcək.
