Millimizdən set qazanmadan növbəti məğlubiyyət

Xəbərlər
23 Noyabr 2023 16:56
238
Millimizdən set qazanmadan növbəti məğlubiyyət

Azərbaycan yığması Dauqavpils şəhərində 18 yaşadək voleybolçu qızlar arasında Şərqi Avropa Voleybol Zona Assosiasiyasının (EEVZA) çempionatında növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, millimiz dördüncü matçında Litva ilə qarşılaşıb.

Əvvəlki 3 oyunda olduğu kimi, voleybolçu qızlarımız yenə də 1 set qazanmadan məğlub olublar. Şahin Çatmanın rəhbərlik etdiyi milli bu dəfə ən yaxşı halda 14 top qazana bilib.

EEVZA çempionatı
IV tur
22 noyabr
Azərbaycan - Litva - 0:3 (7:25, 14:25, 13:25)

Qeyd edək ki, bu, komandamızın ardıcıl 4-cü məğlubiyyəti olub. Yığma daha öncə Latviya, Ukraynaya və Estoniya millilərinə də “quru hesabla” uduzub. Voleybolçular növbəti görüşünü noyabrın 24-də Polşaya qarşı keçirəcək.

İdman.biz