Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib.
İdman.biz xəbər verir ki, günün yeganə matçında “Azərreyl” “Murov AZ Terminal”la qarşılaşıb.
İlk turda qələbə qazanan 2 komandanın duelində "Azərreyl" güclü olub. Komanda rəqibinə bir set vermədən aktivinə 3 xal yazdırıb. Hesabın 3:0 olmasına baxmayaraq, azarkeşlər bütün setlərdə gərgin mübarizə izləyiblər. Son set meydan sahiblərinin 31:29 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan çempionatı
Yüksək Liqa
23 noyabr
19:00. “Azərreyl” – “Murov Az Terminal” - 3:0 (25:22, 25:23, 31:29)
Bakı. Voleybol Mərkəzi
“Xarı Bülbül Şuşa – “Xarı Bülbül Laçın” - təxirə salınıb
Bakı. Voleybol Mərkəzi
Azərreyl |
2 |
2 |
0 |
6-0 |
156-120 |
6 |
Murov AZ Terminal |
2 |
1 |
1 |
3-4 |
176-172 |
3 |
Neftçi |
2 |
1 |
1 |
4-3 |
166-141 |
3 |
Xarı Bülbül Şuşa |
0 |
0 |
0 |
0-0 |
0-0 |
0 |
Xarı Bülbül Laçın |
0 |
0 |
0 |
0-0 |
0-0 |
0 |
MOİK |
2 |
0 |
2 |
0-6 |
85-150 |
0 |
Qeyd edək ki, bu gün “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” oyunu keçirilməli olsa da, matç birincilərin müraciəti səbəbindən təxirə salınıb.
İdman.biz