“Azərreyl” İspaniya klubunu məğlub edib

Xəbərlər
9 Noyabr 2023 21:01
221
“Azərreyl” İspaniya klubunu məğlub edib

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün Çağırış kubokunda növbəti oyununa çıxıb.

İdman.biz saytı xəbər verir ki, Bakı klubu 1/16 final mərhələsinin İspaniya “Avarka de Menorka”sı ilə ilk qarşılaşmasını doğma divarlar arasında keçirib.

Qarşılaşmaya qonaq komanda yaxşı başlayıb. İlk set ispan təmsilçisinin 25:23 hesablı üstünlüyü ilə yekunlaşıb. Bundan sonra daha diqqətli ilə voleybolçularımız hər üç seti qələbə ilə başa vurublar. Nəticədə "Azərreyl" cavab oyunu öncəsi sərfəli nəticə əldə edib.

Qeyd edək ki, “Azərreyl” 1/32 final mərhələsinin “Balta” (Ukrayna) ilə hər 2 görüşünü 3:0 hesabı ilə xeyrinə bitirib.

Çağırış kuboku
1/16 final, ilk oyun
9 noyabr
19:00. “Azərreyl” (Azərbaycan) – “Avarka de Menorka” (İspaniya) - 3:1 (23:25, 25:15, 25:19, 25:23)
Hakimlər:
Deniz Demir (Türkiyə), Miryana Qaliç (Serbiya)
Bakı. Voleybol Mərkəzi

İdman.biz