Millimiz Avropa Qızıl Liqasını tərk edib

Xəbərlər
16 İyun 2025 10:20
51
Millimiz Avropa Qızıl Liqasını tərk edib

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Qızıl Liqasındakı yerini itirib.

İdman.biz xəbər verir ki, buna komandanın uğursuz çıxışı səbəb olub.

6 oyunda xal qazana bilməyən, cəmi 2 setdə üstün olan yığmamız 12 komanda arasında sonuncu yeri tutub. Bu isə reqlamentə görə, Avropa Qızıl Liqası ilə vidalaşmaları ilə nəticələnib.

Millimiz növbəti mövsümdə Avropa Gümüş Liqasında mübarizə aparacaq.

İdman.biz