Azərbaycan millisinin voleybolçusu Polina Rəhimovanın çıxış etdiyi braziliyalı "Osasko" ardıcıl məğlubiyyətlərə uğrayıb.
İdman.biz xəbər verir ki, həm “Praya”, həm də “Minas”a beş setlik görüşdə uduzan komanda üçün son iki tur uğursuz alınıb.
Üstəlik, son görüşdə Polina cəmi iki xal qazanıb.
Qeyd edək ki, "Osasko" müntəzəm çempionatda 3-cü yerdədir, lakin ehtiyatda iki oyunu var. İki böyük hesablı qələbə qazanacağı təqdirdə xal hesabında lider "Praya"ya çata bilər.
İdman.biz