Azərbaycan klubu iki əcnəbi voleybolçu ilə vidalaşıb

Xəbərlər
25 Dekabr 2025 16:57
42
Azərbaycan klubu iki əcnəbi voleybolçu ilə vidalaşıb

Qadın voleybolçulardan ibarət “Azərreyl” komandası iki oyunçu ilə yollarını ayırıb.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı təmsilçisi braziliyalı Qratsiele Korrea və serbiyalı Ana Krul ilə vidalaşıb.

Hər iki oyunçu mövsümün əvvəlində “dəmiryolçular”a keçmişdi.

İdman.Biz