Azərbaycan çempionatlarının qalibləri təltif ediliblər - FOTO

Xəbərlər
23 Aprel 2024 18:50
Azərbaycan çempionatlarının qalibləri təltif ediliblər - FOTO

Voleybol üzrə Azərbaycan çempionatlarının qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, kişi və qadınlar arasında Yüksək Liqanın mükafatçıları təltif ediliblər.

Tədbirdə gənclər və idman nazirinin müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, vitse-prezidenti Faiq Qarayev, ölkəmizdə səfərdə olan Gürcüstan Voleybol Federasiyasının prezidenti Georgi Kartvelişvili, həmçinin nazirlik və federasiyanın digər rəsmi şəxsləri iştirak ediblər.

Öncə kişilərin yarışında mükafatçılar təltif olunub. “Neftçi” bürünc, “Murov Az Terminal” gümüş, “Azərreyl” qızıl medallarına qovuşub. Qadınların yarışında 3-cü olan “Murov Az Terminal”, finalda uduzan “Abşeron” və ardıcıl 2-ci çempionluğunu qazanan “Azərreyl” mükafatlandırılıblar. Tədbir Yüksək Liqa yarışlarında mövsümün bağlanışı ilə yekunlaşıb.

İdman.biz