Avrokuboklarda çıxış edən kişi voleybolçulardan ibarət “AZERRAIL” klubu CEV Kubokunda mübarizəsini davam etdirir.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası (AVF) məlumat yayıb.
Bildirilib ki, təmsilçimiz turnirin 1/32 final mərhələsində Niderlandın “Orion Stars” klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, komandalar arasında ilk oyun noyabrın 13-də Bakıda, FHN-nin idman zalında keçiriləcək. Görüş saat 17:00-da başlayacaq. Bir həftə sonra isə “AZERRAIL” səfərdə Niderland təmsilçisinin qonağı olacaq.
