Ən çox qazanan tennisçilər

Xəbərlər
22 Avqust 2025 17:05
43
Ən çox qazanan tennisçilər

Forbes jurnalı son 12 ay ərzində ən çox qazanan tennisçilərin siyahısını dərc edib.

İdman.biz xəbər verir ki, "Böyük Dəbilqə" turnirlərinin beşqat qalibi və dünyanın ikinci raketkası olan Karlos Alkaras ardıcıl ikinci il bu siyahıya başçılıq edir.

Jurnalın məlumatına görə, ispaniyalı tennisçi ümumilikdə 48,3 milyon dollar (onlardan 35 milyon dolları kortdan kənar gəlirlər) qazanıb.

"Forbes"in versiyasına əsasən, son bir ildə ən çox qazanan 10 tennisçi:

Karlos Alkaras (İspaniya) – 48,3 milyon dollar (35 milyon kortdan kənar)
Yannik Sinner (İtaliya) – 47,3 milyon dollar (27 milyon)
Kori Qauff (ABŞ) – 37,2 milyon dollar (25 milyon)
Novak Cokoviç (Serbiya) – 29,6 milyon dollar (25 milyon)
Arina Sobolenko (Belarus) – 27,4 milyon dollar (15 milyon)
Çjen Tsinven (Çin) – 26,1 milyon dollar (21 milyon)
İqa Şvyontek (Polşa) – 24 milyon dollar (15 milyon)
Teylor Frits (ABŞ) – 15,6 milyon dollar (7 milyon)
Frensis Tiafo (ABŞ) – 15,2 milyon dollar (12 milyon)
Daniil Medvedev (Rusiya) – 14,3 milyon dollar (10 milyon)

İdman.biz

Məqalədə: