“Ən böyük məqsədim mövsümü lider kimi başa vurmaqdır, buna nail ola bilərəm”.
İdman.biz xəbər verir ki, bunu dünyanın 1 nömrəli tennisçisi Novak Cokoviç deyib.
Serbiyalı ulduz bildirib ki, ili lider kimi tamamlamasına 1 qələbə kifayət edəcək. Onun sözlərinə görə, yenidən ali mükafatı qazanmağı hədəfləyib və bunu nə dərəcədə reallaşdıracağını isə zaman göstərəcək.
Qeyd edək ki, noyabrın 12-19-da İtaliyanın Turin şəhərində keçiriləcək turnirdə reytinqdə ikinci olan Karlos Alkarasın məğlubiyyəti Cokoviçin mövsümü lider kimi tamamlamasını rəsmiləşdirəcək.
İdman.biz