Miodraq Bojoviç: “Bizdə hamı xəbərlərin əvəzinə onun oyunlarına baxır”

Xəbərlər
23 Aprel 2024 15:28
Miodraq Bojoviç: “Bizdə hamı xəbərlərin əvəzinə onun oyunlarına baxır”

“Novak Cokoviç Serbiyanın bütün dövrlər üçün ən yaxşı idmançısıdır”.

İdman.biz xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç deyib.

Monteneqrolu mütəxəssis serb tennisçi Novak Cokoviçin “Laureus” tərəfindən ilin ən yaxşı idmançısı seçilməsinə münasibət bildirib: “O, planetin ən yaxşı idmançılarından biridir. Zədələr və yaş özünü göstərir, amma onda deyil. Novak özünə və qidalanmasına çox yaxşı baxır. Pik formada qalmaq üçün hər şey edir. Onun tennis oynamaq istəyi böyükdür və dəqiq daha 2-3 il oynayacaq. Yaxın müddətdə onu sıxışdıra biləcək tennisçi görmürəm. Novak uzun müddətdir liderdir. Bizdə hamı xəbərlərin əvəzinə onun oyunlarına baxır. Cokoviç başqa dünyadandır. O, müqəddəsdir”.

Qeyd edək ki, Novak 5-ci dəfə ilin idmançısı seçilib.

İdman.biz

Məqalədə: