İspaniyalı tennisçi Karlos Alkaras "Australian Open-2026"nın yarımfinalında almaniyalı Aleksandr Zverevi beş setlik gərgin mübarizədə məğlub edib – 6:4, 7:6 (7:5), 6:7 (3:7), 6:7 (4:7), 7:5.
İdman.Biz xəbər verir ki, qarşılaşma 5 saat 27 dəqiqə davam edərək turnirin bu il üçün ən uzun matçı olub.
Bununla da Alkaras və Zverevin oyunu əvvəlki rekordu geridə qoyub.
İndiyədək Melburndakı “Böyük dəbilqə” turnirində ən uzun oyun 4 saat 33 dəqiqə davam etmişdi. Bu görüş eyni zamanda Zverevin peşəkar karyerasında keçirdiyi ən uzun matç kimi tarixə düşüb.
Alkaras ilk dəfə "Australian Open"in finalına yüksəlib və titul uğrunda Novak Cokoviç – Yannik Sinner cütünün qalibi ilə qarşılaşacaq.
