Dünyanın birinci raketkası belaruslu Arina Sabalenka Honq-Konqdan parlaq fotolar paylaşıb.
İdman.Biz bildirir ki, tennisçi qısamüddətli tətilini bu şəhərdə keçirir.
“Honq Konq gecə həyatı haqqında hər şeyi bilir”, - Sabalenka sosial şəbəkədə yazıb.
Bundan əvvəl dördqat “Böyük Dəbilqə” çempionu Arina Sabalenka, dünyanın 37-ci raketkası, rusiyalı Anna Kalinskaya və səkkizqat “Böyük Dəbilqə” qalibi, dünyanın keçmiş birinci raketkası amerikalı Andre Aqassi ilə birlikdə Honq Konqda sərgi matçı keçirib.
Bu mövsüm belaruslu noyabrda Səudiyyə Ərəbistanında keçiriləcək WTA çempionatında da mübarizə aparacaq.