Yannik Sinner “Six Kings Slam” turnirinin yarımfinalına çıxıb

Xəbərlər
16 Oktyabr 2025 00:24
147
Yannik Sinner “Six Kings Slam” turnirinin yarımfinalına çıxıb

Dördqat “Böyük Dəbilqə” çempionu və dünyanın ikinci raketkası italiyalı tennisçi Yannik Sinner “Six Kings Slam” turnirinin yarımfinalına yüksəlib.

İdman.Biz bildirir ki, o, 1/4 finalda yunan Stefanos Tsitsipasa qalib gələrək 6-2, 6-3 hesabı ilə qalib gəlib.

Matç 1 saat 16 dəqiqə davam edib. Bu müddət ərzində Sinner iki ikiqat səhv edib və 10 breyk-poyntdan altısını xala çevirib. Tsitsipas dörd ikiqat səhvə yol verib və altı breyk-poyntdan üçünü xala çevirib.

Oktyabrın 15-dən 18-dək Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində ”Six Kings Slam” yarışı keçirilir. Turnirdə amerikalı Teylor Frits, ispan Karlos Alkaras, italyan Yannik Sinner, yunan Stefanos Tsitsipas, serb Novak Cokoviç və almaniyalı Aleksandr Zverev iştirak edirlər.

İdman.Biz