Taekvondo üzrə uşaqlar arasında ölkə birinciliyi keçiriləcək

Xəbərlər
3 Sentyabr 2025 15:01
43
Taekvondo üzrə uşaqlar arasında ölkə birinciliyi keçiriləcək

Sentyabrın 4-5 -də taekvondo üzrə uşaqlar arasında ölkə birinciliyi keçiriləcək.

İdman.biz xəbər verir ki, yarış Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda baş tutacaq.

Birincilikdə 57 klubu təmsil edən 379 idmançı çıxış edəcək.

Qeyd edək ki, turnirdə 2014, 2015 və 2016-cı illər təvəllüdlü oğlan və qızlar 10 çəki kateqoriyaları (27 kq, 30 kq, 33 kq, 36 kq, 40 kq, 44 kq, 48 kq, 52 kq, 57 kq, +57 kq) üzrə medallar uğrunda mübarizə aparacaqlar.

İdman.biz